Niyə edulaw?
Salam. Gəl tanış olaq!
Mən Sücayət Əliyeva, VLM and Partners hüquq və vergi konsaltinq şirkətində baş hüquqşünasam. Artıq 4 ildən çoxdur ki, hüquq sahəsində fəaliyyət göstərirəm və bu müddət ərzində kommersiya hüququ, miqrasiya hüququ, əqli mülkiyyət hüququ və digər sahələrdə geniş təcrübə qazanmışam.
¶ Niyə bu platformanı yaratdım
Bu platformanı yaratmaqda məqsədim gənc hüquqşünaslara və hüquq fakültələrinin tələbələrinə real praktik biliklərə çıxış imkanı yaratmaqdır. Bir çox tələbə və məzun iş tapmaqda çətinlik çəkir, çünki şirkətlər yalnız nəzəri bilik deyil, həm də praktiki təcrübə tələb edirlər.
edulaw məhz bu boşluğu doldurmaq üçün yaradılıb.
İnteraktiv video dərslər vasitəsilə siz aşağıdakı bacarıqları qazana biləcəksiniz:
- Hüquqi fəaliyyətin praktik tərəflərini öyrənmək.
- Müsahibələrə daha inamla hazırlaşmaq.
- Real iş mühitində operativ qərarlar qəbul etmək.
- Müştərilərlə düzgün və effektiv ünsiyyət qurmaq.
- Hüquqi prosesləri mərhələli və qaydalara uyğun yerinə yetirmək.
edulaw necə işləyir?
Kursu seç
Sahənə uyğun praktik kursu seç.
İmtahanı keç
Hər kursun sonunda imtahandan uğurla keç.
Təcrübəyə başla
İmtahanı uğurla keç və konsaltinq şirkətində zəmanətli real təcrübəni keç.
İşə başlamağa hazır ol
Təcrübəni tamamladıqdan sonra ilk karyera imkanlarından yararlan.
Karyeranla bağlı sualın var?
20 dəqiqəlik onlayn görüşdə birlikdə danışaq.